İkardi fanatlar üçün mahnı oxudu
"Qalatasaray"ın argentinalı futbolçusu Mauro İkardi azarkeşlərin onun üçün oxuduğu "Aşkın olayım" mahnısını səsləndirib.
Sportline.az GOAL.coma istinadla xəbər verir ki, komandaya mövsüm sonunda qatılan Mauro İkardi qısa müddətdə azarkeşlərin sevgisini qazanmağı bacarıb.
Argentinalı futbolçunun qol vurmasının ardından stadionda Simge Sağanın "Aşkın olayım" mahnısı səsləndirilir.
İkardi "İnstagram" profilində mahnını səsləndirdiyi videonu paylaşıb.