İkardi "Qalatasaray"la bağlı qərar verib

Mauro İkardi “Qalatasaray”la bağlı qərarını açıqlayıb.  
Sportline.az GOAL.com-a istinadla xəbər verir ki, argentinalı futbolçu axtardığı sevgini sarı-qırmızılı Türkiyə nəhəngində tapdığını deyib.

 Super Liqada ilk matçdan etibarən mükəmməl performans göstərən və “Qalatasaray”lıların qəlbində taxt quran Mauro Ikardi “Qalatasaray”da qalıb qalmayacağı ilə bağlı sualı cavablandırıb: "Əlbəttə “Qalatasaray”da qalmaq istəyirəm. Dünyanın ən yaxşı futbolçuları ilə eyni komandadayam. Əlavə olaraq Parisdə şəhərə çıxdığım zaman xüsusi münasibət  hiss etmirdim. Amma, burada vəziyyət fərqlidir. Hər kəs yaxınlaşıb şəkil çəkdirmək istəyir. O saf sevgini hiss edirəm. Burada çox xoşbəxtəm".
Bu açıqlamalardan sonra İkardini komandada saxlamaq istəyən “Qalatasaray”ın PSJ klubu ilə transfer danışıqlarını intensivləşdirdiyi bildirilir.