İkardidən "Qalatasaray" azarkeşlərinə sürpriz

Çempionluğu rəsmiləşdirən "Qalatasaray"ın hücumçusu Mauro İkardi komandanın azarkeşlərinə sürpriz hazırlayıb.

Sportline.az "Fanatik"ə istinadən xəbər verir ki, argentinalı ulduz "Fənərbağça" ilə son tur qarşılaşmasından sonra planlaşdırılan çempionluq mərasimində müğənni Simge Sağın ilə eyni səhnəni paylaşacaq.

Müğənninin İkardi üçün oxuduğu "Aşkın olayım" mahnısının duet şəklində ifası bayram törəninə damğa vuracağı gözlənilir.