İkinci gün: 4 qızıl, 2 gümüş və 4 bürünc medal
"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.
SportLine.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır.
İkinci yarış günündə yunan-Roma güləşi üzrə 100 gənc pəhləvan yarışıb.
Seçmə komandamızın üzvləri ikinci yarış gününü 4 qızıl, 2 gümüş və 4 bürünc medalla tamamlayıb.
Komanda hesabında Azərbaycan 60 xalla birinci, Gürcüstan 59 xalla ikinci, Türkiyə yığması isə 56 xalla üçüncü pillədə qərarlaşıb.