"İmişli" ilə bağlı qərar verildi

Peşəkar Futbol Liqası tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.

Sportline.az xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra stadion I Divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub.

Qeyd edək ki, “İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu 12 aprel tarixdə “Qarabağ-2” komandasına qarşı keçirəcək.

Görüş saat 16:00-da başlanacaq.

Banner