"Turan Tovuz" "Karvan Yevlax"a qalib gəldi, “İmişli” “Kəpəz”lə heç-heçə etdi
Misli Premyer Liqasında 19-cu turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün turun daha iki görüşü keçiriləcək.
Əvvəlcə “İmişli” Qubada “Kəpəz”i qəbul edir. Hazırda İmişli təmsilçisi 18 xalla 9-cu, Gəncə klubu isə 12 xalla 11-ci pillədə qərarlaşıb. Bu komandaların ilk dövrədəki görüşü “Kəpəz”in 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Günün digər matçında isə “Turan Tovuz” Suraxanıda “Karvan-Yevlax”ı sınağa çəkəcək. Hazırda Tovuz klubu 30 xalla 4-cü, Yevlax təmsilçisi isə 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. Tərəflərin ilk dövrədəki mübarizəsindən “Turan Tovuz” qalib ayrılıb - 2:1.
9 fevral
14:30. "İmişli" - "Kəpəz" - 0:0
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu
18:30 "Turan Tovuz"- "Karvan-Yevlax" 1:0
Qol: Alexandro Serrano, 15 (pen)
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
"Azersun Arena"
10 fevral
14:30. "Şamaxı" - "Qarabağ"
19:00. "Neftçi" - "Qəbələ"
8 fevral
"Sabah" - "Araz-Naxçıvan" - 4:1
"Sumqayıt" - "Zirə" - 2:3