İngiltərə Braziliyanı məğlub etdi
Avropa çempionatı və Amerika kubokunun qalibləri arasında keçirilən "Finalissima"nın 2023-cü il çempionu məlum olub.
Sportline.az xəbər verir ki, Finalissimada İngiltərənin qadın yığması Braziliya qadın millisi ilə qarşılaşıb. Əsas və əlavə vaxtda qalib müəyyənləşmədiyi üçün (1:1) görüş penaltilər seriyası ilə davam edib. Burada daha dəqiq davranan İngiltərə tarixində ilk dəfə Finalissimanı qazanıb - 4:2.
Matçın ən yaxşısı ingilis yarımmüdafiəçi Kayra Uolş seçilib.