İngiltərə klubu baş məşqçisiz qaldı

"Lester" baş məşqçisi Brendan Rocerslə yolları ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. 

Rocers 2019-cu ildən "Lester"i çalışdırırdı. Onun rəhbərliyi altında komanda İngiltərə kubokunu (2020/21) və İngiltərə superkubokunu (2021) qazanıb.

Qeyd edək ki, "Lester"  Premyer Liqanın cədvəlində hazırda 25 xalla 19-cu yerdədir