İngiltərə klubu müsəlmanlar üçün etdiyi hərəkətlə tarixə düşdü
İngiltərənin "Blekbörn Rovers" klubu bayram namazı üçün stadionunun qapılarını azarkeşlərin üzünə açıb.
Sportline.az xəbər verir ki, Çempionşip təmsilçisi bununla bağlı klubun "Tvitter" hesabını paylaşım edib: "Blekbörn Rovers"dəki hər kəsin bayramı mübarək. Biz İngiltərədə Ramazan bayramı üçün qapılarını açan ilk klub olduq".