"İnter" 5 illik müqaviləyə hazırlaşır

"İnter" futbolçusu Federiko Dimarko ilə müqaviləsini yeniləməyə hazırlaşır. 

Sportline.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. Milan təmsilçisi 24 yaşlı müdafiəçi ilə 5 illik yeni sözləşmə üçün danışıqlara başlayıb. Müqaviləyə əsasən, Dimarko illik 1,6 milyon avro maaş alacaq. 

Qeyd edək ki, Dimarkonun hazırkı sözləşməsi 2023-cü ilin yayına qədərdir.