“İnter” gərgin matçdan 3 xalla ayrıldı

İtaliya A Seriyasının 7-ci turunun matçları davam edir.

Sportline.az xəbər verir ki, günün son matçında “İnter” doğma meydanda “Torino” ilə qarşılaşıb. Gərgin və maraqlı məcrada keçən görüşdə “İnter” 3:2 hesablı qələbə qazanıb.

“İnter”in qollarının hər 3-nü Markus Turam vurmağı bacarıb.

“Torino”da isə Duvan Zapata və Nikola Vlaşiç fərqlənib.

Qeyd edək ki, “İnter” 14 xalla 2-ci, “Torino” isə 11 xalla 6-cı pillədə qərarlaşır. Çempionata 16 xalla “Napoli” başçılıq edir.