"İnter" Lautaro Martínez üçün qiyməti artırdı – minimum 120 milyon avro

İtaliyanın “İnter” klubu argentinalı hücumçusu və komandanın kapitanı Lautaro Martinezin transfer qiymətini artırıb.

Sportline.az “La Gazetta  De Sport” nəşrinə istinadən xəbər verir ki, 2026-cı il dünya çempionatında nümayiş etdirdiyi möhtəşəm çıxışdan sonra Milan təmsilçisi 28 yaşlı futbolçunu artıq ən azı 120 milyon avro dəyərində qiymətləndirir.

“Neradzurri” rəhbərliyi kapitanı üçün bu məbləğdən aşağı təklifi nəzərdən keçirməyi planlaşdırmır və bununla futbolçunun satılmasının çox çətin olacağını göstərir.

Banner