"İnter" Lukaku mövzusunda israrlıdır

“İnter” Romelu Lukaku ilə bağlı yekun qərarını açıqlayıb.

Sportline.az məşhur idman jurnalisit Fabrisio Romanonun paylaşımına istinadla xəbər verir ki, milanlılar belçikalı futbolçu üçün

“Çelsi”yə 30 milyon avro təklif ediblər.

30 yaşlı hücumçu da İtaliya klubunda qalmaq istədiyini deyib.

 Qeyd edək ki, Lukaku bu mövsüm “İnter” forması ilə meydana çıxdığı 25 oyunda 10 qol və 6 asist ilə yadda qalıb.