"İnter" Lukakuya rədd cavabı verib
"Yuventus"a keçidi düyünə düşən Romelu Lukaku yenidən "İnter"ə üz tutub.
Sportline.az La Gazzetta dello Sport nəşrinə istinadla xəbər verir ki, milanlılar onun müraciətini müsbət cavablandırmayıblar.
"İnter" rəhbərliyi son mövsümdə icarə əsasında komandada çıxış edən belçikalını dürüst hərəkət etməməkdə suçlayır.
Lukakunun "Yuventus"la gizli danışıq aparması, onu transfer etmək niyyətində olan milanlıları fikrindən daşındırıb.
"İnter" artıq diqqəti Alvaro Moratanun transferinə yönəldib.