"İnter" Norveçə yollanıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları davam edir.

Sportline.az xəbər verir ki, "İnter" bu mərhələdə "Budyo Qlimt"lə qarşılaşacaq.

"Nerazzuri"də yeganə itki Denzel Dumfirisin adı ilə bağlıdır.

Norveçlilərin isə görüşə optimal heyətlə çıxacağı gözlənilir.

Qeyd edək ki, start fiti Bakı vaxtı ilə gecə saat 12-də səslənəcək oyunu almaniyalı hakim Daniel Zibert idarə edəcək.