"İnter" Türkiyə millisinin üzvünü istəyir
Türkiyə millisi və “Fənərbağça”nın futoblçusu Fərdi Kadıoğlu yeni mövsümdə “İnter”in şərəfini qoruya bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İtaliyanın “İnter” klubu 23 yaşlı gənc ulduz üçün “Fənərbağça”ya 17,5 milyon avro təklif edib.
“Sarı-lacivərtlər”isə 20 milyon avro qarşılığında razılıq əldə edə biləcəklərini deyiblər.
Qeyd edək ki, Fərdi Kadıoğlu ötən mövsüm “Fənərbağça” forması ilə çıxdığı 48 qarşılaşmada 4 qol və 5 asistlə yadda qalıb.