"İnter" ulduz futbolçu ilə müqavilə bağladı

İtaliyanın "İnter" klubu ulduz forvardı Lautaro Martineslə yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano məlumat yayıb.

Onun klub prezidenti Cüzeppe Morataya istinadla verdiyi xəbərə görə, 2026-cı ilədən bu kluba bağlı olan Lautaronun yeni anlaşması daha 5 ili əhatə edir.

Anlaşmaya əsasən Martines ilinə 9 milyon avro qazanacaq. 

Qeyd edək ki, 27 yaşlı futbolçu 2018-ci ildən "İnter"in formasını geyinir. 

Son mövsümdə 44 oyuna çıxan argentinalı hücumçu 27 qol, 7 asistlə yadda qalıb.