"İnter" yeni qapıçı alır
Yan Zommer karyerasını İtaliyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, "Bavariya"nın qapıçısı "İnter"in formasını geyinəcək.
Bu haqda məşhur jurnalist Fabrisio Romano tvitterdə məlumat paylaşıb.
Bu transferin milanlılara 6 milyon avroya başa gəldiyi bildirilir.
Sabah tibbi müayindən keçəcək isveçrəli qolkiper yeni klubu ilə 2025-ci ilədək müqavilə bağlayacaq.