“İnter”də ağır itki
“İnter”in 30 yaşlı futbolçusu Hakan Çalhanoğlunun zədələndiyi açıqlanıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
H. Çalhanoğlunun müalicəsi davam edir. Türkiyəli futbolçu “Younq Boys”, “Yuventus”, “Empoli” və “Venetsiya” ilə matçlarda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 2 qolla yadda qalıb.