“İnter”dən yeni həmlə
“Brügge”nin ekvadorlu stopperi Joel Ordonez karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
Sportline.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “İnter”in rəhbərliyi yanvar ayında J.Ordonez üçün Belçika klubuna rəsmi təklif göndərəcək.
21 yaşlı mərkəz müdafiəçisinin “Brügge” ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Milan klubu sözügedən oyunçunun sərbəst qalma məbləğini ödəməyə hazırdır. Ordonezin sərbəst qalma məbləği isə 35 milyon avrodur.