"İnter"in futbolçusu "Lans"da
"İnter"in hücumçusu Martin Satriano bu mövsümü də Fransa çempionatında keçirəcək.
Sportline.az xəbər verir ki, forvard icarə əsasında "Lans"ın uğurları üçün çalışacaq.
Bu haqda klubun rəsmi səhifəsində məumat yayılıb.
21 yaşlı futbolçunun oyunu fransalıları qane etsə, onun transferi də nəzərdə tutulub.
Qeyd edək ki, Satriano ötən sezon icarədə olduğu "Brest"in heyətində 36 oyuna 6 qol və 4 asistlə yadda qalıb.