“İnter”in ulduzu “Arsenal”ın radarına düşüb
“Arsenal”ın yeni transfer hədəfi bəlli olub.
Sportline.az “Tutto Sport” nəşrinə istinadən xəbər verir ki, “İnter”in argentinalı futbolçusu Lautaro Martinez “Arsenal”ın transfer siyahısında yer alıb.
27 yaşlı futbolçunun hazır ki dəyəri 100 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Lautaro 2018-ci ilin yayında 25 milyon avro qarşılığında “Rasinq”dən “İnter”ə transfer olmuşdu.
O bu mövsüm çıxış etdiyi 33 matçda rəqib qapılarından 15 top keçirib.
Lautaro Martinezin “İnter”lə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.