“İnter”in Verratti sevdası

“İnter” klubu italiyalı futbolçu Marko Verrattinin transferində israrlıdır.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “İnter”in rəhbərliyi Verratti üçün “Əl-Ərəbi” klubu ilə danışıqlara başlayıb. İtaliya klubu bu keçidi yanvar ayında reallaşdırmaq niyyətindədir.

Verrattinin hazır ki dəyəri “Transfermarkt” portalına görə 18 milyon avrodur.

Təcrübəli futbolçunun “Əl-Ərəbi” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, M.Verratti karyerası ərzində daha əvvəl “Peskara” və “Paris Sen-Jermen” kimi klublarda çıxış edib.