İntizam Komitəsinin qərarları
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının IX turunun oyunlarında baş verənlər müzakirə olunub.
“Kəpəz” – “İnter” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə ödəyəcək. AZAL – “Zirə” oyununda 4 futbolçusu sarı vərəqə alan qonaqların da cəzası eyni olub.
“Sumqayıt” – “Qəbələ” qarşılaşmasında da qonaqlar xərcə düşüb. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan komanda 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan Sadiq Quliyev klubunu 200 manat ziyana salıb. Futbolçunun özü 1 oyun kənarlaşdırılıb.
Qeyd edək ki, komitə “Neftçi” – “Qarabağ” matçında baş verənlərə də hüquqi qiymət verib.