İnyesta ilin rəmzi komandasında

“Vissel Kobe”nin yarımmüdafiəçisi Andres İnyesta Yaponiya Premyer Liqasında ilin ən yaxşı rəmzi komandasında yer alıb.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi ölkə çempionatında 6 qol vurub, 4 qolun ötürməsini verib. Onun komandası 38 oyunda 73 xalla mövsümü 3-cü pillədə başa vurub.

Qeyd edək ki, İnyesta 2018-ci ildən "Vissel Kobe"də oynayır.