İnyestanın vəziyyətinə aydınlıq gəldi

İspaniya La Liqasında keçirilən "Barselona" - "Atletiko" görüşündə zədələnən Andres İnyestanın vəziyyətinə aydınlıq gəlib. SportLine.az AS-a istinadən xəbər verir ki, futbolçunun, təqribən, bir ay yaşıl meydanlardan uzaq düşəcəyi müəyyənləşib. Onun Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Çelsi" ilə görüşü, eləcə də, İspaniya millisinin Almaniya və Argentina ilə qarşılaşacağı yoldaşlıq oyunlarını buraxacağı dəqiqləşib.

Qeyd edək ki, A.İnyesta matçın 36-cı dəqiqəsində omba nahiyyəsindən xəsarət alaraq meydanı tərk etməyə məcbur olmuşdu.