İrlandiya millisi Bakıda
2022-ci il dünya çempionatının seçmə mərhələsinin Azərbaycan millisinin qonağı olacaq İrlandiya seçməsi Bakıda ilk məşqinə çıxıb.
Sportline.az xəbər verir ki, Stiven Kenninin baş məşqçi olduğu komandanın hazırlıq prosesi oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunun ehtiyat meydanında olub. Məşq axşam saatlarına təsadüf edib.
Bundan əlavə, britaniyalıların sadiq azarkeşlərindən hesab edilən Kristi və Eileen O Neill cütlüyü də qarşılaşmaya üçün Bakıya səfər edib.
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.