İsak "Nyukasl"dan ayrılmaq istəyir

"Nyukasl Yunayted"in isveçli futbolçusu Aleksander İsak klubdan ayrılmaq qərarına gəlib.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" və "Barselona" İsakla yaxından maraqlanır.

25 yaşlı futbolçunun "Nyukasl"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, İsak bu mövsüm çıxış etdiyi 33 matçda 23 qol və 5 məhsuldar ötürmə müəllifi olub.