İsgəndər Əsgərov növbəti təyinat alıb
Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov növbəti təyinat alıb.
Sportline.az xəbər verir ki, o, qadın həndbolçuların EHF kubokunun yarımfinal mərhələsinin oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Əsgərov, Serbiyanın ZRK Bekament Bukoviçka Banja və İspaniyanın HC Kosta Del Sol Malaqa klublarının görüşündə qitənin ali həndbol qurumunu təmsil edəcək.
Gərgin və maraqlı mübarizə vəd edən oyun aprelin 2-də Serbiyanın Aranjelovavats şəhərinin "Şumadiya" idman arenasında təşkil olunacaq.