İsgəndər Əsgərov Türkiyə millisinin oyununda

Beynəlxalq dərəcəli deleqat İsgəndər Əsgərov daha bir təyinat alıb.

AHF-dən Sportline.az saytına verilən məlumata görə, təcrübəli mütəxəssis qadın həndbolçuların 2023-cü il dünya çempionatının pley-off  mərhələsinin Türkiyə - Serbiya görüşündə nümayəndə kimi Avropa Həndbol Federasiyasını (EHF) təmsil edəcək.

Oyun aprelin 7-də Türkiyənin Giresun şəhərində təşkil olunacaq.