İsgəndər Əsgərov yeni təyinat alıb
Təcrübəli həndbol hakim - inspektoru İskəndər Əsgərov növbəti təyinat alıb.
Sportline.az xəbər verir ki, o, 2023-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - Belçika görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Oyun gələn ilin yanvar ayının 5-də Türkiyənin Kastamonu şəhərində təşkil olunacaq.
Qeyd edək ki, 1994-cü ildə beynəlxalq dərəcəli hakim adına layiq görüşlən İskəndər Əsgərov 2010 ildən etibarən Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi beynəlxalq yarışlarda ölkəmizi təmsil edir. Bu, təcrübəli mütəxəssisin 2021-ci ildə aldığı 14-cü təyinatdır.