İslam Kərimov: "Uşaq futbolçuları veteranlarla yaxından tanış etmək lazımdır"
"Neftçi"nin sabiq futbolçusu Mübariz Zeynalovun xatirəsinə həsr olunmuş uşaq futbolçular arasında turnir başa çatıb".
Bunu Sportline.az saytına açıqlamasında "Neftçi" Futbol Akademiyasının məşqçisi, "Amasiya" İdman Klubunun təsisçisi, Əməkdar Məşqçi İslam Kərimov deyib.
Turnir barədə məlumat verən təcrübəli mütəxəssis yarışın məqsədini açıqlayıb: "6 komanda iştirak edirdi. "Amasiya" finalda "Modern"i 4:3 hesabı ilə məğlub edərək çempion oldu. "Neftçi" isə 3-cü yerə çıxdı. Final görüşünə xeyli veteran futbolçu gəlmişdi. Kazbek Tuayev, Maşallah Əhmədov, Vadim Vasilyev, Asim Xudiyev və s. Ümumiyyətlə, uşaq futbolçuları veteranlarla yaxından tanış etmək lazımdır. Məqsəd də bu idi".