İslamiada: Azərbaycan cüdoçuları fərdi mübarizəni 5 medalla başa vurublar

Azərbaycanın sonuncu cüdoçusu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında medal görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 100 kq-dan yuxarı çəkidə yarışan İmran Yusifov 3-cü yer uğrunda qarşılaşmada seneqallı Mbaye Ndiaye ilə görüşüb.

Rəqibinə qızıl xal bölümündə uduzan Yusifov 5-ci olub.

Bununla da Azərbaycan cüdoçuları İslamiadada fərdi mübarizəni 5 medalla başa vurub. Balabəy Ağayev (60 kq) qızıl, Nəriman Mirzəyev (73 kq), Elmar Qasımov (100 kq) və Könül Əliyeva (48 kq) gümüş, Telman Vəliyev (73 kq) isə bürünc medala sahib çıxıb.

Sabah isə komanda yarışları olacaq.