İslamiada: Azərbaycanın həndbol millisi debüt matçında uduzub
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında Azərbaycanın kişi həndbolçulardan ibarət komandası debüt matçında uduzub.
Sportline.az xəbər verir ki, Azərbaycan millisi B qrupunda keçirdiyi ilk görüşündə meydan sahibi Türkiyə ilə qarşılaşıb və 19:29 hesabı ilə uduzub.
Bu nəticədən sonra Azərbaycan millisi 3 komandanın yarışdığı qrupda sonuncu pilləyə düşüb.
Qeyd edək ki, Azərbaycan millisi qrupun son görüşündə avqustun 12-də Türkiyəyə 26:20 hesabı ilə qalib gəlmiş İranla qarşılaşacaq. Milli komandanın yarımfinala vəsiqə qazanması üçün mümkün qədər çox top fərqlə qalib gəlməsi lazımdır.