İslamiada: Azərbaycanın kişilərdən ibarət voleybol yığması məğlub olub
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti matçını keçirib.
Sportline.az xəbər verir ki, yığma A qrupundakı ikinci görüşündə Kamerun seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycanın 0:3 (19:25, 23:25, 15:25) hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki,milli komanda qrupun ilk oyununda Sudana qalib gəlmişdi - 3:0.