İslamiadanı yayımlayacaq telekanallar bilindi

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarını Azərbaycanda yayımlayacaq telekanallar bəlli olub.

Sportline.az xəbər verir ki, ölkəmizdə bu mötəbər yarışı "İdman" və "İctimai" tv yayımlayacaq.

Qeyd edək ki, İslamiadaya 5 avqustda velosiped yarışları ilə start veriləcək.

Yarışın açılış mərasimi avqustun 9-da olacaq. Avuqstun 18-də isə yarışın bağlanış mərasimi keçiriləcək.

Banner