İspaniya 3-cü liqa klubu Balotelli ilə maraqlanır

İspaniya 3-cü liqasında çıxış edən "İntersiti" klubu Mario Balotellini heyətinə qata bilər.

Sportline.az xəbər verir ki, bu barədə Soccer.ru saytı məlumat yayıb.

34 yaşlı hücumçu hazırda azad agent statusundadır.

Qeyd edək ki, Balotelli son olaraq "Adana Demirspor"da forma geyinib.O, Türkiyə klubu ilə meydana çıxdığı 51 oyunda 26 qol vurub, 8 asist edib.