İspaniya finalda! - DÇ-2026
Bu gün DÇ-2026-da yarımfinal mərhələsi start götürüb.
Sportline.az xəbər verir ki, 1/2 finalın ilk matçında Fransa İspaniya ilə üz-üzə gəlib. "Dallas Stadium"da keçirilən oyun İspaniyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, sözügedən komanda finala adlayıb.
İngiltərə - Argentina yarımfinalı isə iyulun 15-də oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
DÇ-2026, yarımfinal
14 iyul
23:00. Fransa - İspaniya - 0:2
Qollar: Oyarzabal, 22-pen; Porro, 58
Baş hakim: İvan Arsides Barton Sisneros
15 iyul
23:00. İngiltərə - Argentina