İspaniya mətbuatı "Qarabağ"dan yazıb

İspaniyanın məşhur "AS" qəzeti "Qarabağ" haqda yazı dərc edib. Sportline.az xəbər verir ki, mətndə  "Qarabağ"ın ardıcıl  4-cü dəfə ölkə çempionu olması qeyd olunub. Həmçinin  Qurban Qurbanovun komandasının son illərdə Azərbaycan futbolunun etalonu olduğu vurğulanıb. Bununla yanaşı,  Ağdam klubunda futbolçular Dani Kintana, Miçel Maderanın  və məşqçi Ruben Sellesin ispan olduğu vurğulanıb. Yazıda onların karyeraları haqda ətraflı məlumat verilib