İspaniya millisi tarixi rekordu yenidən təkrarladı

İspaniya millisi bütün turnirlər nəzərə alınmaqla ardıcıl 35 oyundur məğlub olmur və bununla da tarixində ən uzun məğlubiyyətsizlik seriyasını təkrarlayıb.

Sportline.az “Marca" nəşrinə istinadən xəbər verir ki, hazırkı uğurlu seriya 2023-cü ilin aprelindən 2026-cı ilin iyuluna qədər davam edir və 2007-ci ilin fevralından 2009-cu ilin iyununa qədər qeydə alınan əfsanəvi 35 oyunluq seriyaya bərabərləşib.

Beləliklə, İspaniya millisi tarixinin ən uzun məğlubiyyətsizlik rekordunu yenidən təkrarlayaraq növbəti matçda bu göstəricini yeniləmək imkanı qazanıb.

Banner