İspaniya millisində qapıçı rəqabəti zirvəyə çatıb

İspaniya millisinin heyətində hazırda dünya futbolunun ən uğurlu qapıçılarından üçü bir mövqe uğrunda mübarizə aparır.

Sportline.az “Marca” nəşrinə istinadən xəbər verir ki, bunlardan Unai Simon Dünya çempionatı tarixində ən uzun müddət qol buraxmamaq rekorduna sahib olan qapıçıdır. Digəri David Raya son üç mövsümdə İngiltərə Premyer Liqasının “Qızıl Əlcək” mükafatını qazanan qolkiperdir. Üçüncü olan Joan Qarsia isə ötən mövsüm La Liqada mövsümün ən yaxşı qapıçısı seçilib.

Beləliklə, İspaniya millisində cəmi bir əsas qapıçı yeri uğrunda dünya səviyyəli üç qolkiper arasında ciddi rəqabət yaşanır. Bu isə komandanın qapı xəttindəki yüksək keyfiyyəti bir daha nümayiş etdirir.

Banner