İstanbul derbisi ilə bağlı maraqlı qərar

İstanbul polisi Türkiyə Super Liqasının "Beşiktaş" - "Qalatasaray" görüşündə qonaq komandanın azarkelərini stadiona buraxmamaq qərarına gəlib.

Sportline.az Fanatik.com-a istinadla xəbər verir ki, səbəb olaraq təhlükəsiszlik məsələsi göstərirlib.

Qeyd edək ki, aprelin 30-da "Vodafon Park"da keçiriləcək oyun öncəsi "Qalatasaray" 70 xalla tunir cədvəlinin vahid lideridir.

"Beşiktaş" 62 xalla 3-cü pillədə qərarlaşıb.