İstanbul derbisini "Qalatasaray" qazandı
Türkiyə çempionatının 37-ci turunda İstanbul derbisi baş tutub.
Sportline.az xəbər verir ki, "Qalatasaray" - "Fənərbağça" matçında meydan sahibləri 3 cavabsız qolla qalib gəliblər.
Bununla da "Qalatasaray" 85 xalla 1-ci, "Fənərbağça" 77 xalla 2-ci yeri tutub. "Beşiktaş" eyni xalla 3-cüdür.