İstanbul derbisinin hakimi müəyyənləşdi
Türkiyə Süper Liqasında həftə sonu keçirələcək “Fənərbağça – “Beşiktaş” derbisinin hakimi müəyyənləşib.
Sportline.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyunu Halil Umut Meler idarə edəcək.
Qeyd edək ki, “Fənərbağça” bu görüş ərəfəsində 54 xalla 2-ci, “Beşiktaş” isə 49 xalla 3-cü pillədə qərarlaşır.