İsveç - Azərbaycan: Düşərgədəki son durum
Milli futbol komandamız bu gün AVRO:2024-ün seçmə mərhələsində növbəti oyuna çıxacaq.
Sportline.az xəbər verir ki, milli İsveç seçməsinin qonağı olacaq. F qrupunun ilk turunda böyük hesabla məğlub olan rəqiblər Solna şəhərində üz-üzə gələcəklər. "Frends Arena"da keçiriləcək qarşılaşmada Azərbaycan millisi Avstriyaya 1:4, İsveç isə Belçikaya 0-3 hesablı məğlubiyyəti unutdurmaq niyyətindədir.
Millinin baş məşqçisi Canni De Byazi bugünkü oyunda Ceyhun Nuriyevlə Tellur Mütəllimovun xidmətinə ehtiyac duymayıb. Avstriya ilə görüşdə zədələnən Eddi İsrafilov isə düşərgəni tərk edib. İsveç millisinin heyətində zədəli və cəzalı futbolçu yoxdur. Oyunda söz sahibi fransalı referi Stefani Frappar olacaq. Qrupun digər görüşündə Avstrya Estoniyanı qəbul edəcək
Oyunlar Bakı vaxtı ilə saat 22:45 də başlanacaq.