İsveçrə klubu Artyom Dzüba və Giorgi Cikiya ilə maraqlanır

"Sion" klubu rusiyalı futbolçu Artyom Dzüba və Giorgi Cikiyanı transfer etmək istəyir.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, İsveçrə klubunun prezidenti Kristian Konstantin qışda hər iki oyunçunu azad agent kimi heyətə qatmaq istədiklərini bildirib.

Xatırladaq ki, "Sion" ötən gün Rusiya millisinin oyunçusu Anton Mirançukla 2026-cı ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, komanda yerli liqada 6 turdan sonra 7-ci pillədə qərarlaşıb.