İtaliya klubu baş məşqçisini istefaya göndərdi
İtaliyanın "Sampdoriya" klubu baş məşqçisi Roberto Daversa ilə yollarını ayırıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.
Qeyd edək ki, "Sampdoriya" A seriyasında 22 oyundan sonra 20 xalla 15-ci pillədə qərarlaşıb. Daversa ötən ilin yayından Genuya təmsilçisini çalışdırırdı.