İtaliya klubu "Qalatasaray"ın futbolçusunu istəyir

İtaliyanın “Cenoa” “Qalatasaray”a Berkan Kutlu üçün təklif göndərib.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İtaliya klubu 25 yaşlı yarımmüdafiəçi üçün hərəkətə keçib.

“Cenoa” “sarı qırmızılar”a 2 illik müqavilə təklif edib.

Qeyd edək ki, Berkan Kutlu “Qalatasaray” forması ilə meydana çıxdığı 25 görüşdə 1 qol və 2 asistlə yadda qalıb.