İtaliya klubunda yeni baş məşqçi

"Kalyari"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komandanı Valter Matsari çalışdıracaq. 60 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 

Matsarinin son iş yeri "Torino"olub. O, karyerası ərzində "İnter", "Napoli", "Sampdoriya", "Uotford" kimi komandaları da çalışdırıb.

Qeyd edək ki, "Kalyari" hazırda A seriyasının turnir cədvəlində 1 xalla 17-cidir.