İtaliya kubokunun qalibi müəyyənləşdi
İtaliya kubokunda 2016/2017 mövsümünün qalibi bəlli olub. SportLine.az xəbər verir ki, həlledici matçda "Latsio"nu məğlub edən "Yuventus" mükafata yiyələnib.
Dani Alves və Leonardo Bonuççinin qolları ilə 2:0 hesablı qələbə qazanan Turin təmsilçisi ardıcıl 3-cü dəfə kuboku başı üzərinə qaldırıb.